Finlandiyada keçirilən üçtərəfli görüşdən sonra qiymətləndirmələr edən NATO-nun baş katibi Yens Stoltenberq, “Söhbət terrora gəldikdə Türkiyənin təhlükəsizlik narahatlıqlarını başa düşməliyik” deyib.
"Unikal" xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın NATO-da iştirakı ilə bağlı Türkiyə ilə qurulan üçtərəfli mexanizm çərçivəsində bu gün Finlandiyada keçirilən görüşü alqışladığını bildirib.
Kanadaya səfəri zamanı Kanadanın baş naziri Castin Trudeau ilə birgə mətbuat konfransı keçirən Stoltenberq NATO ölkələrinin liderlərinin iyunun sonunda Madriddə keçirilən sammitdə İsveç və Finlandiyanı üzv olmağa dəvət edərək tarixi bir qərar qəbul etdiyini xatırladıb. Finlandiyada keçirilən üçtərəfli görüşün qiymətləndirilməsi barədə suala cavabında.
Stoltenberq Türkiyə, İsveç və Finlandiyanın iki ölkənin üzvlüyü üçün izlənəcək yol haqqında üçlü memorandum üzərində razılaşdıqlarını xatırladıb:
"Burada elementlərdən biri Türkiyə, İsveç və Finlandiyanın bir araya gələrək terrorla mübarizədə daha yaxından işləyəcəyi bir mexanizm yaratmaq idi. Biz bütün müttəfiqlərin təhlükəsizlik narahatlıqlarını başa düşməliyik. Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını da başa düşməliyik. İsveç və Finlandiya tərəfindən Madriddə razılaşdırılmış məsələlərin davam etdirilməsini alqışlayıram”.
İki ölkənin üzvlüyü üçün tələb olunan təsdiq proseslərinin NATO-nun müasir tarixinin ən sürətli prosesi olaraq irəlilədiyini bildirən Stoltenberq, bu günə qədər NATO-ya üzv olan 30 müttəfiq ölkədən 23-də təsdiq prosesinin tamamlandığını bildirib.
"İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün güclü dəstək var. Biz parlamentin yekun təsdiqi ilə üzvlük prosesini mümkün qədər tez yekunlaşdırmaq üçün bütün müttəfiqlərlə ciddi işləməyə davam edəcəyik", - Stoltenberq bildirib.
Kanadaya səfərini dəyərləndirən Stoltenberq Arktika bölgəsinin strateji əhəmiyyətinin getdikcə artdığını və Rusiyanın şimaldakı imkanlarının NATO üçün strateji sınaq olduğunu bildirib.
NATO-nun Arktika bölgəsində güclü varlığını davam etdirməsi lazım olduğunu vurğulayan Stoltenberq, "Şimal NATO və Kanada üçün getdikcə daha çox əhəmiyyət kəsb edir, çünki burada yeni bazalar və yeni silah sistemləri ilə əhəmiyyətli bir Rusiya hərbi varlığını görürük" deyib.