İtaliyada iri qənnadı firmasının 53 yaşlı baş direktoru da daxil olmaqla iki velosipedçi ildırım vurması nəticəsində həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Quotidiano Piemontese nəşri məlumat yayıb.
Hadisə Turinin şimalında, Pragelato şəhəri yaxınlığındakı Piemont bölgəsində baş verib. Kişilərin meyitlərini avtomobillə keçən yerli sakin aşkar edib. O, tapıntı barədə hüquq-mühafizə orqanlarına məlumat verib, onlar məlumatı dağ-xilasetmə xidmətinə ötürüblər.
Həkimlər ürək-ağciyər reanimasiyasına cəhd etsələr də, kişiləri xilas etmək mümkün olmayıb.