ABŞ lideri Co Baydenlə hər hansı görüş İran üçün "faydasız"dır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası zamanı jurnalistlərə açıqlamasında deyib.
“Mən əvvəllər də buna “yox” cavabını vemişəm və bir daha təkrar edirəm və bildirirəm ki, bizim aramızda görüşməyin heç bir faydası yoxdur”, - deyə ifadə edib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi ABŞ-ın Nyu-York şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının iclasında iştirak edəcək.