Almaniya yaxın həftələrdə Kiyevə ən son silahları göndərəcək. Berlin Ukraynanı müəyyən növ silahlarla təmin etmək məsuliyyətini də öz üzərinə götürə bilər.
"Unikal" xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts deyib.
"Almaniya Ukraynaya radar sistemləri və pilotsuz təyyarələr göndərməklə yanaşı, Ukraynanın artilleriya və müasir hava hücumundan müdafiə sistemlərinin potensialının artırılması baxımından da xüsusi məsuliyyət daşıya bilər", - kansler qeyd edib.
Ağarza Elçinoğlu