Baltikyanı ölkələr Avropa Komissiyasına səkkizinci anti-Rusiya sanksiyalar paketi ilə bağlı konkret təkliflər hazırlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bildirib.
Onun sözlərinə görə, bu sanksiyalar enerji, ticarət və SWIFT sisteminə aiddir.
“Biz, ən azından, bu paketin (səkkizinci sanksiya paketi - TASS-ın qeydi) tez bir zamanda qəbul edilməsini istəyirik. Biz artıq bu məsələ ilə bağlı Komissiyaya konkret təkliflər vermişik. Söhbət enerji, ticarət, SWIFT sistemində gələcək məhdudiyyətlərdən gedir. Eləcə də daha çox şəxsi və təşkilatı sanksiyalar siyahısına əlavə etməklə bağlı təkliflər var”.