Xəbər verdiyimiz kimi,  məşhur aktrisa Demet Özdemir və müğənni Oğuzhan Koçun ötən gün toy mərasimləri baş tutub.  

"Unikal" xəbər verir  ki, cütlüyün toyuna  məşhur simalar axın edib. Qonaqlar arasında müğənni Murat Boz da olub. Belə ki, Murat Boz toydan sonrakı məclisdə aktrisa Gülcan Arslanla rəqs edərkən kameralara tuş gəlib.

Cütlüyün səmimi rəqsləri türk mediasında gündəmə səbəb olub. Bəzi  sosial media istifadəçiləri müğənninin aktrisa ilə yeni münasibətə  başladığını şərh edib.