Rusiya Silahlı Qüvvələri Xerson istiqamətində itkilər verirlər.
"Unikal" xəbər verir ki, bunu öz bloqunda ukraynalı qoca və uşaqları qətlə yetirməyə çağıran Rusiya Federasiyasının təbliğatçısı Anatoli Dryomov deyib.
"Səhərdən Xerson istiqamətində vəziyyət gərginləşib. Zaman bizim xeyrimizə oynamır, strategiyanı kökündən dəyişmək lazımdır. Xersonu itirmək riski böyükdür. Ruslar arasında itkilər çoxdur”, - deyə o yazıb.