Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, həmsöhbətlər Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər. Xüsusilə, 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr tarixli üçtərəfli sazişlərin ardıcıl surətdə həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər həmçinin bu gün Ermənistan və Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin 25 illiyi münasibətilə bir-birlərini təbrik ediblər. Ölkə rəhbərləri Ermənistan və Rusiya arasında qarşılıqlı faydalı münasibətlərin bundan sonra da müxtəlif sahələrdə səmərəli şəkildə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə inandıqlarını bildiriblər.
Paşinyan və Putin Ermənistan-Rusiya gündəmində olan bir sıra məsələlər ətrafında fikir mübadiləsi də aparıblar.
Ağarza Elçinoğlu