İraqın paytaxtı Bağdadda etiraz aksiyaları zamanı azı 10 nəfər ölüb, 200 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, Əl-Cəzirə telekanalının məlumatına görə , qurbanlar arasında İraq təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı da var.
19:01
İraqın paytaxtı Bağdadda dini lider Müqtəda-əs-Sədr tərəfdarlarının Prezident Sarayından çıxarılması zamanı 2 nəfər ölüb, 19 nəfər xəsarət alıb.
"Unikal" xəbər verir ki, həlak olanlar Müqtəda əs-Sədrin tərəfdarlarıdır.
Onlar təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı həyatlarını itiriblər.İraqın paytaxtı Bağdadda Müqtəda-əs-Sədr tərəfdarları küçələrə çıxaraq etiraz aksiyası keçirib.
Qeyd edək ki, İraqdakı Sədr hərəkatının lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqlayıb. Bundan sonra Bağdadda bir qrup etirazçı Prezident Sarayına hücum edib.
Etiraz aksiyasına görə paytaxtda komendant saatı elan edilib.