Madaqaskarda uşağı qaçıranlara görə linç etmək istəyən 14 nəfər güllələnib.
"Unikal" xəbər verir ki, kənd sakinləri polis bölməsinə soxularaq albinos uşağı qaçıran dörd məhbusun azadlığa buraxılmasını tələb ediblər.
Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları özlərini müdafiə etməli olublar. Atışma başlayıb, doqquz nəfər yerindəcə ölüb, daha beş nəfər xəstəxanaya yerləşdirildikdən sonra dünyasını dəyişib.
Bundan başqa, 28 nəfər yaralanıb, onlardan 9-nun vəziyyəti ağırdır.
Polis bildirib ki, bir sıra Afrika ölkələrində albinoslar cadu mərasimləri üçün qaçırılır, bəzi yerli sakinlər bunun sərvət gətirəcəyinə inanırlar. Həm də belə insanların bədən hissələri külli miqdarda pula satılır.