Avqustun 29-da Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə Ukrayna Xarici İşlər Nazirliyinə dəvət olunub.
"Unikal" xəbər verir ki, nazir müavini Nikolay Toçitski Türkiyə səfirinə Ukrayna tərəfinin Rusiya Müdafiə Nazirliyinin icarəyə götürdüyü Sparta II gəmisi ilə Suriyadan Bosfor boğazı vasitəsilə Rusiyaya S-300PMU-2 raket komplekslərinin daşınmasına dair məlumatla bağlı narahatlığını ifadə edib.
Məsələ ilə bağlı Türkiyə səfirinə Ukrayna Xarici İşlər Nazirliyinin şifahi notası təqdim edilib.