Avropa liderləri, Sloveniyanın ev sahibliyi etdiyi 17-ci Bled Strateji Forumu kontekstində “Gücün üstünlüyü, yoxsa qaydaların gücü?” paneldə görüşüb.
"Unikal" xarici KİV-ə istinafdən xəbər verir ki, Sloveniyanın Baş naziri Robert Qolob, İslandiya Prezidenti Qudni Th.Yohannesson, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç və Albaniyanın Baş naziri Edi Rama, Ukrayna prezidenti Volodimir Zelenski də videokonfrans vasitəsilə iştirak ediblər.
Videokonfransda Avropadan silah yardımı istəyən Zelenski “Biz hələ müharibəyə başlamamışıq, öz torpağımızı qoruyuruq, ərazi bütövlüyümüzü təmin etməyə çalışırıq və buna nail olacağıq” deyib. Digər tərəfdən, Zelenski Rusiya ilə bağlı diqqətçəkən bir iddia irəli sürüb.
Zelenski Rusiyanın fevralın 24- də ölkəsində başladığı müharibənin faciəvi nəticələrinə toxunaraq qeyd edib ki, Moskva Ukraynaya məxsus hər şeyi məhv etməyə çalışır.
Rusiyanın ukraynalı uşaqları ailələrindən ayıraraq düşərgələrə apardığını bildirən Zelenski bu düşərgələrdə vətəndaşlarının pis rəftara məruz qaldığını bildirib.
O, ölkəsindəki müharibədə müəyyən əli olan çoxlu sayda insanın Rusiya pasportu ilə Avropa ölkələrinə getdiyini, “Ukrayna xalqının qanının onların əlinə bulaşdığını” və buna yol verilməməsi lazım olduğunu bildirib.
Gülayə Mecid