Türkiyəli aktrisa Ayça Ayşin Turana sevgilisi Alp Navruzla eyni layihədə yer alması təklif olunub.

"Unikal" xəbər verir ki, aktrisa "Cennetin çocukları" serialında çəkilməkdən imtina edib. O, sevgilisiylə ikinci dəfə eyni serialda rol almasının karyerasına mənfi təsir edəcəyini düşündüyünü bildirib.

Qeyd edək ki, cütlük daha öncə "Ada masalı" serialında birgə rol alıb.