Qarabağda qanunsuz məskunlaşan erməni hərbi birləşmələrinin hərbçisi ilə əraziyə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nümayəndəsi arasında baş verən dialoq Ermənistan ictimaiyyətində gündəmə səbəb olub.
"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə keçmiş əsgər Aram Tavakalyan deyib.
O 3-4 gündən bir əraziyə nəzarət etməyə gələn sülhməramlıya bildirib ki, Azərbaycan tərəfi erməni postlarını daimi nəzarətdə saxlayır və hər dəfə atəşkəs pozulanda mövqelərini daha da irəli çəkərək möhkəmlənirlər. Erməni hərbçilər isə buna heç nə edə bilmir.
Sülhməramlı isə postda dayanan erməni əsgərə "Bu, sənin günahındır, Artsax bayrağını postdan götür və öz Ermənistanına get", - deyə cavab verib.
Ağarza Elçinoğlu