Rusiya sülhməramlıları artıq Laçın dəhlizinə alternativ olan yeni yolda yerləşdirilib.
"Unikal" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə məlumatı Qarabağdakı erməni separatçılarının nümayəndəsi Viktoriya Petrosyan açıqlayıb.
Onun sözlərinə görə, Ermənistanı Azərbaycan əraziləri ilə birləşdirən yeni yolun bu hissəsi tamamilə asfaltlanıb və Xankəndi-Gorus-Laçın yolu kimi fəaliyyət göstərəcək.
"Yeni marşrut artıq fəaliyyətdədir. Rusiya sülhməramlıları artıq orada yerləşdirilib və yola nəzarət edirlər”, - Viktoriya Petrosyan bildirib.