Türkiyədə 20 yaşlı gənc 18 yaşlı arvadı tərəfindən tərk edildiyi üçün yaşadığı evi yandırıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adanada 2,5 aylıq hamilə olan Dilan narkotik istifadə etdiyi iddiası ilə dini nikahla birlikdə yaşadığı Öməri tərk edərək ailəsinin evinə qayıdıb.
Ömər isə arvadını geri qaytarmaq üçün ona zəng edərək, geri qayıtmasa evi yandıracağı ilə hədələyib.
Dilanın evə qayıtmadığını görən Ömər evdəki divanı yandırıb. Nəticədə alov qısa müddətdə mənzili bürüdüyüb. Yanğın qısa müddətdə qonşuların evinə də keçib.
Hadisə baş verən ünvana göndərilən yanğınsöndürənlər alovu söndürüblər.
Aynurə Xudaverdiyeva