Məşhur komediyaçı Kris Rok Uill Smit hadisəsindən sonra 2023-cü il Oskar mərasiminin aparıcısı olmaq təklifini rədd edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, komediyaçı ona gələn təklifi rədd edib.
O, həmçinin əlavə edib ki, ona Super Kubokun reklamında çəkilmək təklif olunub, lakin o, bu təklifdən də imtina edib.
Qeyd edək ki, Uill Smit 94-cü Oskar Mükafatlarında həyat yoldaşının ələ salan Kris Rokun üzünə şillə vurmuşdu.
Aynurə Xudaverdiyeva