Küveyt İraqdakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Küveytin Bağdad səfirliyindən İraqa getmək istəyən Küveyt vətəndaşlarından mövcud vəziyyətlə əlaqədar səfərlərini təxirə salmalarını xahiş etdiyi şərhdə, İraqdakı Küveytlilərə də ölkəni tərk etmələri üçün çağırış edilib və əlaqə nömrələri paylaşılıb.
Yüzlərlə Sədr tərəfdarı dünən paytaxt Bağdadda Yaşıl Zonada Prezident və Hökumət Sarayına basqın edib. Təhlükəsizlik qüvvələri Yaşıl Zonanın müxtəlif nöqtələrində havaya atəş açaraq etirazçıları dağıdıb.