Rusiyada prokuror dövlətə xəyanətdə ittiham olunan "Roskosmos" rəhbərinin müşaviri İvan Safronova 24 il həbs cəzası istəyib.
"Unikal" xəbər verir ki, bu barədə vəkil Dmitri Katçev deyib.
İstintaq Safronovun Rusiya Silahlı Qüvvələrinin Suriyadakı fəaliyyəti ilə bağlı məxfi məlumatların ötürülməsində iştirak etdiyini hesab edir.
Qeyd edək ki, adıçəkilən jurnalist 2020-ci il iyulun 7-də saxlanılıb. Müstəntiqlərin fikrincə, o, 2017-ci ildə məxfi məlumatları Çexiya xüsusi xidmətinə ötürüb.
Ağarza Elçinoğlu