Çinin Yunnan əyalətində toydan əvvəl gözəl bir yerdə nişanlısı ilə şəkil çəkdirmək istəyən bəy ildırım vurması nəticəsində dünyasını dəyişib.
"Unikal" yerli mətbuatda istinadən xəbər verir ki, adı 'Ruan' olaraq hallanan gənc avqustun 24-də toydan əvvəl bir qrup dostu və nişanlısı ilə şəkil çəkdirmək üçün Yeşim Ejderha Qar dağına gedib.
Turistlərin getdiyi dağda poza verərkən ildırım düşüb. Bəy orada dünyasını dəyişib.
Dikendə çıxan xəbərə görə; İldırım çaxmazdan əvvəl fırtına olacağı ilə bağlı sarı həyəcan siqnalı verildiyini xatırladan xəbərdə bəylə gəlinin xəbərdarlığa baxmayaraq şəkil çəkdirmək üçün bölgəyə getdiyi bildirilib.
2017-ci ilin məlumatlarına görə, Çində ildırım vurması nəticəsində hər il 4 minə yaxın insan ölür və ya yaralanır .