Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 30-da Brüsselə işgüzar səfərə gedib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, avqustun 31-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşü planlaşdırılır.