Qardaşı Firuz Məmmədov mərhum müğənni Səxavət Məmmədovdan danışıb.
"Unikal" xəbər verir ki, "O üz" proqramına qonaq olan müğənni onun ölümündən söz açıb. O bildirib ki, qardaşı 1 ay əvvəl ölümünü yuxuda görüb:
"İsraildə konsertdə olanda yuxuda görüb. Ölümündən cəmi 1 ay əvvəl... 2 ay İsraildə qaldılar. İnsanlar deyib ki, Səxavət gəlib, toylarımızı edək. Xəstələnib, xəstəxanaya yerləşdirilib. Yuxunu da orada görüb, deyib ölsəm burada qalacam. Cəsədi aparmaq çətin olar. Ona görə qayıdıb gəlmişdi. Ona agah olmuşdu".
Qeyd eək ki, xanəndə avtomobil qəzasında dünyasını dəyişib.