Xəbər verdiyimiz kimi, bu gün SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovla Moskvada vida mərasimi keçirilir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, dəfn mərasiminə Rusiya Federasiyasının eks-prezidenti Dmitri Medvedev və tanınmış şəxslər iştirak edir.  

Mərasimdə müğənni Alla Puqaçova da görüntülənib. O, dəfn mərasiminə çəhrayı zanbaq buketi gətirib. Belə ki, Xalq artisti Qorbaçovun ailəsinə başsağlığı verdikdən sonra, mərhumun tabutuna yaxınlaşıb.  O, Qorbaçovun nəşinə baxaraq nəsə pıçıldayıb və daha sonra barmaqla jest edib.

Onun bu barmaq jesti sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.