İzmirdə Gülşənin yerinə vokalçılar və orkestr səhnədə olacaq.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, verdiyi konsertlərin birində imam hatip müridləri ilə bağlı söylədiyi sözlərə görə həbs olunan və apelyasiya şikayəti ilə azadlığa buraxılan sənətçi Gülşən bu gün İzmirdəki konsertinə qatıla bilməyəcək.
Gülşəni konsertlərdə müşayiət edən orkestr və vokalçıların 91-ci İzmir Beynəlxalq Sərgisi çərçivəsində tədbirdə bu gün Türkiyə saat ilə 21.30-da səhnəyə çıxacağı açıqlanıb. Tədbirdə Gülşənin mahnıları səsləndiriləcək, klipləri nümayiş olunacaq.
Aynurə Xudaverdiyeva