Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın ticarət naziri Gina Raimondo, Hollivud aktyorları Şon Penn və Benjamin Edvard Meara Stiller də daxil olmaqla, 25 ABŞ vətəndaşına qarşı sanksiya qərarı verildiyini bildirib.
"Unikal" xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, ABŞ prezidenti Co Bayden administrasiyasının Rusiya vətəndaşlarına, ABŞ konqresinin üzvlərinə, yüksək səviyyəli rəsmilərə, biznes nümayəndələrinə və 25 ABŞ vətəndaşına qarşı getdikcə genişlənən sanksiya qərarlarına cavab olaraq, mədəniyyət sahəsinin Rusiyaya girişi qadağan edilib.