Müğənni Şəbnəm Tovuzlu Tarix Əliyevin "Tam səmimi" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, müğənni verilişdə şəxsi həyatı ilə bağlı bəzi açıqlamalar verib. O, həmkarı Vəfa Şərifova ilə aralarında yaşanan qalmaqaldan danışıb.
Şəbnəm bildirib ki, keçmiş sevgilisi ilə ailə quran Vəfa ona haqsızlıqlar edib:
"Elə bilirlər ki, Vəfa ilə mən eyni bəylə evliyik. Onun həyat yoldaşı başqa, mənimki başqa adamdır. Şou-biznes hər ikimizin yoldaşını tanıyır. Səhv salmayın. Bəzən yazırlar ki, səni atdı getdi Vəfaya? Məcbur olub açıqlama verdim ki, ayrı-ayrı insanlardır. Yeri gələndə Vəfaya məsləhət də vermişəm. Özü dansa da, olub. Hətta Dünya TV-dəki aparıcı Samirin cibinə pul qoymuşam ki, Vəfanı efirə çağır. Həyat yoldaşım mənə mahnı almışdı, verdim ona. İlk mahnısının pulunu da mən verdim. Sən mənə qulaq asa-asa oxumaq öyrənmisən. Danmaq olmaz, sənə pis olmuşam? Vəfa bizim evimizə gəlib, çörək kəsib. Yoldaşım etiraz etdi ki, kimdir bizim evimizə gəlir, nə işi var evimdə? Uşağıma aldığı boyunbağını da taxmağa qoymadı. Qəlbinə gəldi ki, başqa insanladırsa, niyə evimizə gəlməlidir?".