Türkiyəli aktrisa Başak Gümülcinelioğlu ailə həyatı qurur.
"Unikal" xəbər verir ki, aktrisa həmkarı Çağrı Çıtanakla evlənəcək. Belə ki, cütlük ötən gün Etilerdə görüntülənib.
Barmağındakı tək daş üzüklə diqqət çəkən Başak "Yaxın zamanda xoş xəbəri eşidəcəksiniz",- deyə açıqlama verib.
Qeyd edək ki, aktrisa hazırda "Yargı" serialında rol alır.