Türkiyəli müğənni Tarkan sentyabrın 9-da İzmirin Qurtuluşunun 100 illiyi münasibətiylə Gündoğdu meydanında konsert verəcək.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, biletsiz keçiriləcək konserti izləmək üçün insanlar alternativ yollara əl atmağa başlayıblar.
Onlar meydanın ətrafındakı evlərin eyvanlarını 500 dollara kirayə götürüblər. Ətrafdakı balıqçı qayıqları da 8 min lirəyə icarəyə verilib. Restoranlardakı spirtli içki menyusu isə adam başına 625 min lirə olub.