ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində ürəktutmadan vəfat edən azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyova Kaliforniyanın “Valley Oaks Memorial Park” məzarlığında dəfn edilib.
"Unikal" xəbər verir ki, sənətçi ilə vida mərasimi də keçirilib. Mərasimdə onun ailə üzvləri, dostları yer alıblar.
Qeyd edək ki, 62 yaşlı Firəngiz Rəhimbəyova avqustun 15-də 62 yaşında dünyasını dəyişib.
F.Rəhimbəyova 1958-ci ilin avqust 5-i Bakıda anadan olub. “Bəxt üzüyü” filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. 2017-ci ildə Əməkdar artist Tahir İmanovun dəvəti ilə Bakıya gələrək “Bəxt üzüyü - 2” filmində yenidən Sevda roluna çəkilib.