Türkiyəli aktrisa Pınar Deniz və həmkarı Kaan Yıldırım ilk dəfə əl-ələ görüntülənib.
"Unikal" xəbər verir ki, cütlük ötən gün Harbiye Açıq Hava Teatrının səhnəsində Melike Şahinin konsertini izləyib. Belə ki, jurnalistlərin obyektinə tuş gələn məşhurlar “Hər şey çox yaxşı gedir. Gördüyünüz kimi daha şərhə ehtiyac yoxdur, çox xoşbəxtik” , - deyərək sevgilərini elan ediblər.
Bildirək ki, Kaan Yıldırımın müğənni Hadisə ilə münasibəti bitdikdən sonra adı aktrisa Hande Erçel ilə hallanmışdı. Lakin bu münasibətin ömrü uzun olmadı. Pınar Deniz isə həmkarı Yiğit Kirazçı ilə eşq yaşayırdı.