Dünyaca məşhur kanadalı müğənni Castin Biberin səhhətində yenidən problem yaranıb.

"Unikal" xəbər verir ki, bu barədə Castin sosial şəbəkə hesabında məlumat yayıb.

Belə ki, 28 yaşlı müğənninin fiziki və ruhi sağlamlığında problem yaranıb. Bu səbəbdən o, konsertləri üçün çıxmalı olduğu dünya turunu "yenidən ləğv etməli olub. 

Qeyd edək ki, bir müddət əvvəl ifaçı üzünün iflic olduğunu açıqlamışdı.