Müğənni İsmail Türt Türkiyəli mafiya lideri Sedat Pekerə ad günü münasibətilə "Siyasət sevincimizi boğdu" adlı mahnı həsr edib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bundan sonra İsmail Türt İstanbul Polis İdarəsinə çağırılıb. Müğənninin ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
İsmail Türtin Sedat Pekerlə bəstələdiyi "Siyasət sevincimizi boğdu" mahnısının sözləri belədir:
"Siyaset bozdu bizim ağzımızın tadını
Adam sandıklarımın sildim artık adını
Bazı siyasetçiler kırılmasın kızmasın
Değiller Sedat Peker, konuşmasın yazmasın
Vatandaşlar da diyor, hep konuşsun susmasın
Uzaktan duruyorsun, izleyip görüyorsun
Ülkemin durumunu hep bana soruyorsun
Ha bu İsmail Türüt, sözlerini tartıyor
Ekonomik bunalım günden güne artıyor".