"Niyə iki il sükutdan sonra məhkəməyə verildin? Sən yox, amma sənin vəkilin olmuş Ramil Rüstəmov sənə bunun səbəbini izah etməli idi. Afət, bundan sonra ən azı iki il sonra səni nə gözlədiyini, nə edəcəyini, kitabın harada bağlanacağını bilirəm. Sən isə iki il öncə dediyin sözləri unudacaq qədər bəsitsən. Gələn il bu vaxt bu gününə şükür edəcəksən".
"Unikal" xəbər verir ki, bunu Xalq artisti Flora Kərimova "Instagram" hesabında yazıb. O, qalmaqal yaşadığı müğənni Afət Fərmanqızı ilə bağlı paylaşım edərək, bildirib ki, məhkəmə prosesi hələ də davam edir:
"Sənə çörək verəni öz canlında söyüb, günahlandırırdın ki, "bizləri pul verib xaricdə yaşayanlara söydürür" (müğənni Nazənini nəzərdə tutur - red.). Ardından sənin sözlərinin eynisini iki il sonra təkrar edən, yaşadığım küçədən başqa bir sözü düz olmayan birinə də "ad-soyadını danmıyan kişi" deyirsən?! Bacardığın qədər paylaş o videoları. Yalanı elə uydurun ki, inandırıcı olsun. Gülməli və yazıqsan. Bilmədən yazıq o zaman oldun ki, fürsət bilib adımdan özünə ad düşündün. Məni sənə heç yaxşı tanıtmayıblar. Bir "yalvarışını" cavabsız qoymayacam. Dedin, qorxmursa, versin məhkəməyə, cinayət işin icradadır. Polis axtarışındasan! Dedin, başqa rayon məhkəməsinə gələrəm, Binəqədininki quramadır, mülki işin Nərmanov Rayon Məhkəməsində ekspertizadadir".
F.Kərimova Afəti yenidən məhkəməyə verdiyini açıqlayıb:
"Övladıma və mənə atdığın son yalan-böhtanlarına görə ikinci cinayət işin də mübarək olsun! Sürgün həyatının qışı qabaqdadır. Anketində boş yer qalmayan yaşadığın həyatı sənə elə orda başa salacam. 290-cı mənzilin qapısını bərk bağla, qonaqların tezliklə döyəcək, mənim gəlməyimə ehtiyac qalmayacaq. Sənin Azərbaycana gəlməyin bu gedişlə uşaq Nanacanova ata deyəndə olacaq. Binəqədi Rayon Polis İdarəsinin Əməliyyat - axtarış Şöbəsinin Polkovniki sənin - cinayətkarın yaxalanması üçün axtarışını davam edir".