Əfsanəvi rejissor və ssenarist Jan-Lyuk Qodar 91 yaşında vəfat edib
“Unikal” xəbər verir ki, Fransanın “Liberation” qəzeti rejissorun ölüm xəbərini yayıb.
Bildirək ki, Jan-Lyuk Qodar 1930-cu ildə Parisdə İsveçrə əsilli fransız ailəsində anadan olub. O, İkinci Dünya Müharibəsi zamanı İsveçrədə yaşayıb və 1940-cı illərin sonunda valideynləri boşandıqdan sonra Qodar 1949-cu ildə Sorbonna Universitetinə etnologiya üzrə təhsil almaq üçün daxil olub. Bu müddət ərzində o, “Cineclub” və “Cinemateque”ə qoşulub. Qodar məhz burada “Yeni Dalğa”nı alovlandıran şəxs kimi tanınan Andre Bazinlə tanış olub. O, 1960-cı illərdə kinoda inqilabi təsir göstərən “Nouvelle Vague” hərəkatının öncüllərindən biri idi.