Tayvanın Taitung şəhəri yaxınlığında baş verən 6,8 bal gücündə zəlzələdə 4 nəfər yaralanarkən, güclü sarsıntıya dözməyən idman zalının damı idmançıların üzərinə uçub.
"Unikal" xəbər verir ki, Tayvanın Taitung şəhərində baş verən 6,8 bal gücündə zəlzələ bir çox bölgədə dağıntılara səbəb olub. Yerli vaxtla saat 14:44-də baş verən zəlzələ zamanı idman zalının damı uçub. Təhlükəsizlik kamerası tərəfindən qeydə alınan hadisədə idmançıların oyun oynayarkən titrəmə hiss etdikləri zaman qaçdıqları görülüb.