“Post Malone” ləqəbi ilə məşhurlaşan repçi Ostin Riçard Post Amerikanın Sent-Luis şəhərindəki konserti zamanı yıxılıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bilmədən ayağını səhnədəki boşluğa atan sənətçi yıxılarkən sinəsindən bərk zədə alıb.

Repçinin köməyinə oradakı işçilər çatıb. Həkim müayinəsindən keçən Ostinin 3 qabırğasının sındığı məlum olub.

Qeyd edə ki, hadisədən 15 dəqiqə sonra “Post Malone” çıxışına davam edib.