Rusiyalı aktyor və rejissor Sergey Puşkepalis yol qəzasında dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, hadisə Rostov vilayətində baş verib. İlkin məlumata görə, onun olduğu “Ford Transit” markalı avtomobil Yaroslavl vilayətinin Rostov rayonunda M-8 magistralının qarşıdan gələn zolağında yük maşınına çırpılıb.

Avtomobilin sürücüsü və Puskepalis həlak olub, yük maşınının sürücüsü yaralanıb.

Qəzanın  baş vermə səbəbi araşdırılır. 

Gülayə  Mecid