İş adamı Mehmet Dinçerlerdən boşanma ərəfəsində olan məşhur müğənni Hadisə ilə bağlı yeni iddialar ortaya çıxıb.

"Unikal" xəbər verir ki, müğənninin Cənubi azərbaycanlı iş adamı Rza Zərrabla eşq yaşadığı iddia  edilib.  Bu barədə "Söyləməzsəm olmaz" verilişində aparacı Arto deyib.

O, bu münasibətin yeni olduğunu vurğulayıb.

Qeyd edək ki, iki il əvvəl də Hadisənin adı R.Zərrabla hallanıb. Hətta Hadisənin keçmiş sevgilisi aktyor Kaan Yıldırım ifaçıdan məhz buna görə ayrıldığını bildirib. Həmin ərəfələrdə iş adamı ilə müğənni Ebru Gündeş yeni boşanmışdı və o, bu münasibət haqqında Kaana xəbər vermişdi. Hətta bu xəbərdən sonra Hadisə Ebru ilə birlikdə münsif kürsüsündə oturduğu "O səs Türkiyə"dən ayrılıb.