Amerikalı döyüş sənəti ustası, məşhur aktyor və kino prodüseri Çak Norris (Carlos Ray Norris) şəxsi yaxtası ilə Türkiyənin məşhur kurort şəhəri Kuşadasına gəlib.
"Unikal" xəbər verir ki, Efes Qədim Şəhərini gəzən, Məryəm Evini ziyarət edərək zəvvar olan Norris, antik şəhərin girişindəki ticarətçilərdən alış-veriş edib, xatirə şəkli çəkdirib.
Egey dənizində yaxta ilə istirahət edən məşhur döyüş filmlərinin aktyoru Çak Norris səhər saatlarında Kuşadası sahillərində lövbər salıb. Qayığa enən məşhur aktyor və prodüser əvvəlcə şəxsi mikroavtobusla Məryəm evinə aparılıb. Burada zəvvar olan Norris daha sonra Efes Qədim Şəhərini ziyarət edib. Çarşıda bir mağazaya girən Norris özünə və yaxınlarına gümüş zinət əşyaları alıb. Norrisin axşam saatlarında Kuşadası'ndan lövbər açacaq qayığı ilə Türkiyə sahillərində 3 gün daha qalacağı öyrənilib.