Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova həyat yoldaşı Eşqin Cəlilovdan ayrıldığı iddia edilir.
"Unikal" xəbər verir ki, Aysun və Eşqin "İnstagram"da bir-birilərini izləmədən çıxarıb. Hətta Aysun İsmayılova toy fotolarını da sosial şəbəkədən silib.
İfaçı son günlər ayrılıq paylaşımları ilə də diqqət çəkir. Bu gün isə Aysun "Kitabın son səhifəsi belə bitirdi: O, ilk gördüyü, tanıdığı, güvəndiyi, sevdiyi insan deyildi artıq. Sevən yanılmış, sevilən yad olmuşdu" sözlərini paylaşıb.
Qeyd edək ki, Aysun və Eşqinin toyu iyunun 30-da olmuşdu.