Xalq artisti Nazpəri Dostəliyeva "Özəl" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, müğənni verilişdə şəxsi həyatı ilə bağlı bəzi açıqlamalar verib.
Belə ki, keçmiş həyat yoldaşını xatırlayan Nazpəri ayrılan zaman yaşadığı çətinliklərdən bəhs edib:
"Övladlarımı götürüb evdən çıxandan sonra, həyat yoldaşım evləndi. 10 il birlikdə yaşadıq, iki övladımın atası olub... Tez evləndi. Mən isə evliliyi düşünmədim, 2 oğul böyüdürdüm, övladlarımı düşünürdüm. Pis olurdum, ağlayırdım. Nüsrət Kəsəmənli dedi ki, ağlama, gizlət göz yaşını, görməsin. Mənim "Göz yaşımı görməyəcəksən" mahnım elə yarandı".