"Tarzan" filminin aktrisası Sara Şeyn 94 yaşında dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, aktrisa iyulun 31-də Avstraliyada dünyasını dəyişsə də, bu hələ indi məlum olub.
Onun ölümü ilə bağlı təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, Sara ekranlarda 1948-ci ildə "Pasxa paradı" filmindəki baş rolu ilə debüt edib. O, "Tarzanın böyük macərası" (1959), "Kral və dörd Kraliça", "Möhtəşəm vəsvəsə", "Bütpərəstliyin nişanəsi" kimi ekran işlərində rol alıb.