Oktyabrda Çeçenistanda bir neçə bayram tədbirlərinin təşkili planlaşdırılır, lakin əsas hadisə oktyabrın 7-də Rusiya prezidenti Vladimir Putinin təntənəli yubileyidir.
"Unikal" xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov öz "Telegram" kanalında yazıb.
"Mən təşkilat komitəsinin üzvləri ilə 5 oktyabr, Şəhər Günü, Müəllimlər Günü, Çeçenistan Gəncləri Gününün qeyd olunmasına, həmçinin oktyabrın 7-də, Prezident Vladimir Putinin ildönümündə keçiriləcək ən mühüm tədbirə hazırlığı müzakirə etdim", - Kadırov bildirib.
Çeçenistan rəhbəri qeyd edib ki, oktyabrın 7-də Putinin Olimpiya Cüdo Təlim Mərkəzi, həmçinin Minutka çoxfunksiyalı kompleksi açılacaq. Həmçinin, onun sözlərinə görə, Rusiya dövlət başçısının 70 illik yubileyi şərəfinə çoxlu idman tədbirləri keçiriləcək. Kadırov Rusiya Federasiyasının prezidentini ölkədə bir nömrəli vətənpərvər adlandırıb və vurğulayıb ki, genişmiqyaslı şənliklərin köməyi ilə ruslar öz liderini sevdiklərini və qiymətləndirdiklərini "bütün düşmənlərə sübut edə biləcəklər".
Ağarza Elçinoğlu