Ağır onurğa zədəsi alaraq idmandan uzaqlaşan rusiyalı məşqçi hərbi səfərbərliyə cəlb olunub.
"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hərbi komissarlıq Aleksey adlı məşqçini tibbi müayinədən keçmədən hərbi təlimlərə göndərib.
Hətta həkimlər onun əlil qalma ehtimalının yüksək olduğunu deyiblər.
"Qismən səfərbərlik elan edildikdən sonra Aleksey çağırış vərəqəsi alaraq hərbi komissarlığa getdi və oradan təlim düşərgəsinə göndərildi. O, hərbi təlimlər zamanı özünə ağrıkəsici iynə vurmaqla qismən ayaqda durur", - məlumatda deyilir.
Qeyd edək ki, təkcə dünən Rusiyada səfərbər olunan 2 çağırışçıdan biri ürək tutmasından, digəri isə qaraciyər serrozundan ölüb.
Ağarza Elçinoğlu