Naxçıvanda avtomobil velosipedçini vurub.

"Unikal" xəbər verir ki, hadisə Naxçıvan şəhər ərazisində qeydə alınıb.

Avtomobil yolda hərəkətdə olan Şərur rayonu Xanlıqlar kənd sakini, 1961-ci il təvəllüdlü Fəxrəddin Niftəliyevi vurub.

Velosipedçi Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.