Biləsuvarda yol qəzasında yaralananların adları bilinib.

"Unikal"ın məlumatına görə, yaralılar -  İmişli sakinləri, 1961-ci il təvəllüdlü İsmayılov Təbiət, 1970-ci il təvəllüdlü Ağayeva Gülşən və daha bir nəfərdir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*** 17:51

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai Elantra” markalı minik avtomobili traktora çırpılıb. Nəticədə avtomobildə olan sürücü və iki sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev