İsrailin İrana qarşı hərbi kampaniyası bitməyib, qarşıda yeni mərhələ var, lakin hələlik İsrail ordusu (İDF) bütün diqqətini Qəzza zolağındakı döyüşlərə yönəltməlidir,

"Unikal" xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir deyib.

"Biz mühüm mərhələni başa vurduq, lakin İrana qarşı kampaniya hələ bitməyib. Biz indiki nailiyyətlərə əsaslanaraq yeni mərhələyə qədəm qoyuruq", - o deyib.

Zamir İranın nüvə layihəsini və raket proqramını “illərlə” geriyə salan İsrail ordusunun hərəkətlərini yüksək qiymətləndirib.

General bunu "fenomenal nailiyyət" adlandırıb, lakin qeyd edib ki, "bizim uğurlarımızda dincəlməyə vaxt yoxdur, çünki hələ qarşıda bir çox sınaqlar var".

Onun sözlərinə görə, İsrail ordusunun diqqəti indi Qəzzaya yönələcək. Burada İsrail hərbçilərinin məqsədi girovları evlərinə qaytarmaq və Fələstinin radikal HƏMAS hərəkatını məhv etməkdir.