Moskva Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə danışıqlara dair mövqeyinin dəyişməsini gözləmək niyyətindədir. Bu baş verməsə, Rusiya hakimiyyəti Ukraynanın yeni prezidentinin təyinatını gözləyəcək ki, onunla danışıqlar apara bilsin.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
"İndi ya hazırkı Ukrayna prezidentinin mövqeyinin dəyişməsini gözləyəcəyik, ya da Ukrayna xalqının maraqları naminə öz mövqeyini dəyişəcək Ukraynanın gələcək prezidentini indidən gözləyəcəyik", - Putinin sözçüsü qeyd edib.
O vurğulayıb ki, sülh sazişinin bağlanması üçün hər iki tərəfin razılığı lazımdır: "Moskva dialoqa getmək istəyini nümayiş etdirib, Kiyev isə bütün təklifləri qətiyyətlə rədd edib".
Zelenski bundan əvvəl Vladimir Putinin prezident olduğu müddətdə Ukraynanın Rusiya ilə heç bir sülh danışıqları aparmayacağını bildirib.
Ağarza Elçinoğlu