Fransa prezidenti Emmanuel Makronun “sağ əli” kimi tanınan Yelisey Sarayının baş katibi Aleksis Kohler barəsində qanunsuz imtiyazlar vermək ittihamı ilə istintaq başladıldığı bildirilib.
"Unikal" xəbər verir ki, Fransa mətbuatının məlumatına görə, Milli Maliyyə Cinayətləri Prokurorluğu Antikor korrupsiya ilə mübarizə birliyinin şikayətindən sonra mediapart qəzeti 2018-ci ildə MSC gəmiçilik şirkətinə maraq göstərdiyini açıqlayan Kohlerə qarşı istintaq başladıb.
Kohler qeyri-qanuni üstünlük əldə etmək üçün vəzifəsindən istifadə etməkdə ittiham olunur.
Digər tərəfdən, Makron istintaqa və əks reaksiyalara baxmayaraq, Kohleri işdən çıxarmayıb.
Gülayə Mecid