Himalay dağlarının Hindistan hissəsində 10 alpinist qar uçqunu nəticəsində həyatını itirib. 11 alpinistin itkin düşdüyü bildirilib.
"Unikal" xəbər verir ki, Uttarakhand əyalətinin polis rəisi Aşok Kumar dövlət sərhədləri daxilində Qarhval Himalaylarında 29 alpinistin zirvəsinə qar uçqunun düşdüyünü açıqlayıb .Kumar, 8 alpinistin xilas edilərək müalicə olunduğunu ifadə edərək, axtarış-xilasetmə işlərinin davam etdiyi barədə məlumatı paylaşıb.Press Truth India saytı 10 alpinistin öldüyünü, 11 alpinistin isə itkin düşdüyünü açıqlayıb. Beynəlxalq Dırmanma və Alpinizm Federasiyasının rəsmisi Amit Chowdhary deyib: "Hindistan alpinizmi tarixində ilk dəfədir ki, bu qədər böyük qrup alpinist kursantları uçqun altında həlak olurlar". bəyanat verdi.
Uttarakhand əyalətinin baş naziri Pushkar Singh Dhami, Milli Fəlakətlərə Cavab Qüvvələrinin və Hindistan ordusunun xilasetmə işlərinə kömək etmək üçün qruplar yerləşdirdiyini söylədi.Uttarakhandın dağlıq bölgələrində qar uçqunları tez-tez baş verir, halbuki keçən il Himalay dağlarında bir buzlaqın qopması nəticəsində baş verən sürüşmə və daşqınlarda ən azı 200 nəfər ölüb.
Gültəkin